Yeni xəbərlər burada görünəcək.

Neft emalı zavodu vuruldu, yaralılar var

LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Ryazan şəhəri səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində şəhərdə yerləşən bir neçə sənaye obyektində güclü yanğınlar baş verib. Məlumata görə, hava həyəcanı siqnalı saat 04:30-da verilib. Bundan sonra

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Ryazan şəhəri səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində şəhərdə yerləşən bir neçə sənaye obyektində güclü yanğınlar baş verib.

Məlumata görə, hava həyəcanı siqnalı saat 04:30-da verilib. Bundan sonra şəhər səmasında pilotsuz uçuş aparatları müşahidə olunub, saat 05:20-dən etibarən isə sosial şəbəkələrdə partlayış səslərini, dronların uçuşunu və şəhər üzərində yüksələn tüstünü əks etdirən görüntülər yayılıb.

İlkin məlumatlara əsasən, hücuma məruz qalan obyektlər arasında "Wildberries" şirkətinin çeşidləmə kompleksi, yerli neft emalı zavodu və "Ryazanski" Sənaye Parkının ərazisində yerləşən anbar da var. Hadisədən sonra sənaye parkına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov şəhərin sənaye zonalarında yanğınların baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində baş verib və hücum zamanı altı nəfər xəsarət alıb.

Xəbəri paylaş Dostlarınıza göndərin