Yeni xəbərlər burada görünəcək.

"Neftçi"nin sabiq hücumçusu Türkiyəyə yollanır

LEQAL XƏBƏR məlumat verir ki, braziliyalı hücumçu Mateus Saldanyanın Türkiyənin “Gənclərbirliyi” klubuna transferi an məsələsidir. Məlumata görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Ankara təmsilçisi 26 yaşlı forvardı heyətinə qatmaq üçün artıq rəsmi təkliflə çıxış edib. Hazırda maliyyə şərtləri

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, braziliyalı hücumçu Mateus Saldanyanın Türkiyənin “Gənclərbirliyi” klubuna transferi an məsələsidir.

Məlumata görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

Ankara təmsilçisi 26 yaşlı forvardı heyətinə qatmaq üçün artıq rəsmi təkliflə çıxış edib. Hazırda maliyyə şərtləri və müqavilənin müddəti ilə bağlı danışıqlar davam edir.

Tərəflər razılığa gələcəyi təqdirdə, Saldanyanın yeni mövsümdən “Gənclərbirliyi”nin formasını geyinməsi gözlənilir.

Qeyd edək ki, mərkəz hücumçusu Azərbaycan futbolsevərlərinə də tanışdır. O, 2023-cü ilin yanvar-iyul aylarında “Neftçi”nin heyətində çıxış edib. Saldanya Bakı klubunun formasında Azərbaycan Premyer Liqasında keçirdiyi 17 oyunda 5 qol vurub.

“Neftçi”dən ayrıldıqdan sonra Serbiyanın “Partizan” və Macarıstanın “Ferentsvaroş” klublarında çıxış edən futbolçu 2025-ci ildə 5 milyon avro qarşılığında “Əl-Vasl”a transfer olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin