Yeni xəbərlər burada görünəcək.

NFC ilə ödəniş edənlərə xəbərdarlıq

Leqal xəbər məlumat verir ki, Son günlər paytaxtda ictimai nəqliyyatda NFC vasitəsilə ödəniş edən sərnişinlər “kart məhdudlaşdırılıb” bildirişi ilə qarşılaşır. Bu hal istifadəçilər arasında ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı açıqlamada bildirilib ki, problem texniki nasazlıqdan qaynaqlanır.

20 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Son günlər paytaxtda ictimai nəqliyyatda NFC vasitəsilə ödəniş edən sərnişinlər “kart məhdudlaşdırılıb” bildirişi ilə qarşılaşır. Bu hal istifadəçilər arasında ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı açıqlamada bildirilib ki, problem texniki nasazlıqdan qaynaqlanır. Bəzi hallarda ödəniş təsdiqlənmir və vəsait balansdan silinmir, nəticədə sistem kartı müvəqqəti məhdudlaşdırılmış kimi göstərir. Qurum qeyd edir ki, bu problem geniş yayılıb və fərdi hal deyil. Hazırda sistemin sabitləşdirilməsi və ödənişlərin düzgün işləməsi üçün texniki işlər aparılır.
Məlumata görə, nasazlığın yaxın günlərdə aradan qaldırılması gözlənilir. Bu müddətdə sərnişinlərə alternativ ödəniş üsullarından istifadə etmələri tövsiyə olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin