Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və özünü rəqs müəllimi kimi təqdim edən Nicat Azadlı ilə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonunun Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və toplanmış materiallar əsasında cinayət işi başlanılıb.
İstintaq zamanı N. Azadlının həyat yoldaşı Ş. Azadlıya fiziki zor tətbiq edərək ona xəsarət yetirməsi müəyyənləşdirilib.
Nicat Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
DİN-dən bildirilib ki, cinayət işi üzrə istintaq tamamlanıb və ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
İş üzrə hüquqi qiymət məhkəmə araşdırmasının nəticəsinə əsasən veriləcək.![]()