Yeni xəbərlər burada görünəcək.

“Niva”ların qiyməti 31 min manatı keçib

Azərbaycanda ikinci əl avtomobil bazarında “LADA (VAZ) Niva” modellərinin qiymətində ciddi artım qeydə alınır. Satış platformalarındakı elanlara əsasən, 2024–2025-ci il istehsalı olan, az yürüşlü “Niva” avtomobilləri 25 000 manatdan 31 400 manatadək təklif olunur. Bakı, Gəncə, Sumqayıt və Xaçmazda

7 baxış 3 dəq

Azərbaycanda ikinci əl avtomobil bazarında “LADA (VAZ) Niva” modellərinin qiymətində ciddi artım qeydə alınır.

Satış platformalarındakı elanlara əsasən, 2024–2025-ci il istehsalı olan, az yürüşlü “Niva” avtomobilləri 25 000 manatdan 31 400 manatadək təklif olunur.

Bakı, Gəncə, Sumqayıt və Xaçmazda satışa çıxarılan avtomobillərin bir qisminin yürüşü 15-35 min kilometr arasında dəyişir. Buna baxmayaraq, həmin modellər üçün kifayət qədər yüksək qiymətlər tələb olunur.

Mütəxəssislər qiymət artımını “Niva”lara olan tələbat, yeni avtomobillərin idxal qiymətlərinin yüksəlməsi və ümumi bazar bahalaşması ilə əlaqələndirirlər.

Xəbəri paylaş Dostlarınıza göndərin