Yeni xəbərlər burada görünəcək.

NÖVBƏTİ KÖÇ ŞÜKÜRBƏYLİ KƏNDİNƏ ÇATIB

LEQAL XƏBƏR məlumat verir ki, işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşaraq yeni evlərində məskunlaşmağa başlayıblar. Bu gün kəndə ümumilikdə 45 ailə, yəni 196 nəfər köçürülüb. Sakinlər yenidən

9 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşaraq yeni evlərində məskunlaşmağa başlayıblar.
Bu gün kəndə ümumilikdə 45 ailə, yəni 196 nəfər köçürülüb. Sakinlər yenidən qurulan Şükürbəyli kəndində yaradılan müasir yaşayış şəraiti ilə tanış olub, doğma torpaqlarında yeni həyatın sevincini yaşayıblar.
Bildirilib ki, Şükürbəyli kəndi tam müasir standartlara uyğun şəkildə yenidən inşa olunub. Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və inzibati bina tikilib.
Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası qurulub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və İP TV şəbəkələri istifadəyə verilib, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi sakinlərin istifadəsinə təqdim olunub. Müasir üslubda tikilən evlər 2, 3, 4 və 5 otaqlıdır.
Uzun illər doğma yurda qayıdış həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən məmnun olduqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər. Sakinlər həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıblar.
Qeyd olunub ki, Şükürbəylidə həyata keçirilən genişmiqyaslı quruculuq işləri “Böyük Qayıdış” Proqramının uğurlu icrasının növbəti nümunəsidir.
Xəbəri paylaş Dostlarınıza göndərin