Leqal Xəbər məlumat verir ki, Bakı şəhəri Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində alovun genişlənməsinə imkan verilmədən yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
