Yeni xəbərlər burada görünəcək.

NƏVƏLƏRİNİ BAĞIŞLADILAR

Legal Xəbər məlumat verir ki, atasını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən gənclə bağlı məhkəmə prosesində emosional anlar yaşanıb. Hadisə zamanı ana və bacısını müdafiə etmək məqsədilə atasına bıçaq zərbəsi endirdiyi bildirilən təqsirləndirilən şəxsin işi üzrə keçirilən məhkəmə iclasında

8 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, atasını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən gənclə bağlı məhkəmə prosesində emosional anlar yaşanıb.
Hadisə zamanı ana və bacısını müdafiə etmək məqsədilə atasına bıçaq zərbəsi endirdiyi bildirilən təqsirləndirilən şəxsin işi üzrə keçirilən məhkəmə iclasında mərhumun valideynləri diqqətçəkən mövqe sərgiləyiblər.
Məhkəmə prosesində nənə və baba öz oğullarının ölümünə səbəb olan nəvələrini bağışladıqlarını bildiriblər. Onların bu addımı məhkəmə zalında kövrək anların yaşanmasına səbəb olub.
Qeyd edək ki, hadisə ailədaxili münaqişə zəminində baş verib. İş üzrə məhkəmə araşdırmaları davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin