Yeni xəbərlər burada görünəcək.

Nyu-York metrostansiyası su altında qaldı

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Nyu-York şəhərində güclü yağışlar nəticəsində metronun mərkəzi stansiyalarından biri su altında qalıb. Məlumata görə, Manhettenin mərkəzində yerləşən Penn-Steyşn metro stansiyasının platformasına güclü su axınları dolub. Yayılan görüntülərdə stansiyanın

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Nyu-York şəhərində güclü yağışlar nəticəsində metronun mərkəzi stansiyalarından biri su altında qalıb.

Məlumata görə, Manhettenin mərkəzində yerləşən Penn-Steyşn metro stansiyasının platformasına güclü su axınları dolub.

Yayılan görüntülərdə stansiyanın platformasına suyun axdığı və ərazidə vəziyyətin çətinləşdiyi əks olunub.

Güclü yağışlar səbəbindən Nyu-Yorkun bir neçə metro xəttində qatarların hərəkətində ciddi gecikmələr yaranıb. Bruklində isə magistrallardan birində nəqliyyatın hərəkəti dayandırılıb.

Meteoroloqlar Nyu-York və Nyu-Cersi ştatlarında daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

Bildirilir ki, xüsusilə drenaj sisteminin zəif olduğu ərazilərdə yağıntıların nəqliyyatın hərəkətini iflic edə biləcəyi gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin