Yeni xəbərlər burada görünəcək.

NYU-YORKDA GÜCLÜ LEYSAN VƏ DAŞQINLAR: YOLLARI SU BASDI, REYSLƏR LƏĞV EDİLDİ

ABŞ-nin Nyu-York şəhərində yağan güclü leysan yağışları daşqınlara səbəb olub. LEQAL XƏBƏR verir ki, yerli medianın yaydığı məlumata görə, təbii fəlakətin ən ağır fəsadları Bruklin və Kuins rayonlarında qeydə alınıb. Güclü yağışlar nəticəsində yollar və küçələr su altında qalıb, nəqliyyatın

4 baxış 3 dəq

ABŞ-nin Nyu-York şəhərində yağan güclü leysan yağışları daşqınlara səbəb olub.

LEQAL XƏBƏR verir ki, yerli medianın yaydığı məlumata görə, təbii fəlakətin ən ağır fəsadları Bruklin və Kuins rayonlarında qeydə alınıb.

Güclü yağışlar nəticəsində yollar və küçələr su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Əlverişsiz hava şəraiti səbəbindən Nyu-Yorkun hava limanlarında yüzlərlə aviareys gecikdirilib və ya ləğv edilib.

Bundan əvvəl şəhərin meri Zohran Mamdani sakinləri daşqın təhlükəsi ilə bağlı xəbərdar edərək, onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin