Yeni xəbərlər burada görünəcək.

“NYUKASL” AZERKEŞLƏRİ BİZİM VURDUĞUMUZ QOLA ƏL ÇALIRDILAR

“Komandama, futbolçularıma təşəkkür edirəm. Çempionlar Liqası turnirində çox uzun, maraqlı bir mövsüm keçirdilər. Göstərdikləri oyuna görə hər birindən çox razıyam. Son oyunumuzda da özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji olaraq komandanı

11 baxış 3 dəq
“Komandama, futbolçularıma təşəkkür edirəm. Çempionlar Liqası turnirində çox uzun, maraqlı bir mövsüm keçirdilər. Göstərdikləri oyuna görə hər birindən çox razıyam.

Son oyunumuzda da özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji olaraq komandanı hazırlamaq bir az çətin idi. Bununla belə, futbolçular bu gün ilk hissədəki iki qoldan sonra özlərini ələ ala bildilər və sona qədər oyundan qopmadılar.

Fürsətdən istifadə edib “Nyukasl” azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizə də azarkeşlik edirdilər. Bizim vurduğumuz qola əl çalırdılar. Bakıya gələn azarkeşlər də çox razı qayıtmışdılar.

Öz azarkeşlərimizə təşəkkür edirəm. Onlar Bakıdakı marafonda sonadək bizimlə oldular. Biz də çalışdıq ki, onları sevindirək, böyük futbolu göstərmək üçün çalışdıq” - Qurban Qurbanov
Xəbəri paylaş Dostlarınıza göndərin