Yeni xəbərlər burada görünəcək.

OKEANIN DİBİNDƏ 73 VULKAN TAPILIB

LEQAL XƏBƏR məlumat verir ki, alimlər okeanın dərinliklərində əvvəllər məlum olmayan 73 sualtı vulkan aşkar ediblər. Tədqiqata Paris-Sakle Universitetinin vulkanoloqu Andrea Verolino rəhbərlik edib. Araşdırma zamanı okean dibinin xəritələşdirilməsi üçün vaxtilə Mars səthinin öyrənilməsi məqsədilə

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, alimlər okeanın dərinliklərində əvvəllər məlum olmayan 73 sualtı vulkan aşkar ediblər.

Tədqiqata Paris-Sakle Universitetinin vulkanoloqu Andrea Verolino rəhbərlik edib. Araşdırma zamanı okean dibinin xəritələşdirilməsi üçün vaxtilə Mars səthinin öyrənilməsi məqsədilə hazırlanmış proqram alqoritmlərindən istifadə olunub.

Mütəxəssislərin bildirdiyinə görə, indiyədək elmə aşağı aktivlik göstərən təxminən 30 belə struktur məlum idi. Yeni tədqiqat isə sualtı vulkanların sayının gözləniləndən xeyli çox olduğunu ortaya qoyub.

Alimlər qeyd edirlər ki, kalderalar güclü vulkan püskürmələri nəticəsində yaranır. Bu zaman maqma kamerası boşalır, üst təbəqə çökərək nəhəng çökəklik əmələ gətirir. Bu strukturlar gələcəkdə yenidən aktivləşə biləcək maqmatik ocaqların mövcudluğuna işarə edir.

Tədqiqatçılar sualtı vulkanların əsas təhlükəsinin onların nə vaxt oyanacağını əvvəlcədən proqnozlaşdırmağın çətin olmasında olduğunu bildirirlər. Belə püskürmələr güclü zəlzələlərə və sahilyanı ərazilər üçün təhlükəli sunamilərə səbəb ola bilər.

Araşdırma zamanı müəyyən edilən 73 vulkandan yeddisi potensial olaraq daha yüksək aktivliyə malik hesab olunur. Bununla yanaşı, alimlər tamamilə sönmüş hesab edilən vulkanların da daim nəzarətdə saxlanılmasının vacibliyini vurğulayırlar.

Mütəxəssislərin fikrincə, bu kəşf okean dərinliklərinin mütəmadi monitorinqinin və sualtı vulkan sistemlərinin daha geniş şəkildə öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirir.

Xəbəri paylaş Dostlarınıza göndərin