Yeni xəbərlər burada görünəcək.

Ölkədə 4 gün ardıcıl qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Leqalxeber.az xəbər verir ki, bu il 8 noyabr – Zəfər Günü bazar gününə təsadüf edir. Noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəlik istirahət günləri ilə üst-üstə düşdükdə istirahət

9 baxış 3 dəq

Noyabr ayında Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Leqalxeber.az xəbər verir ki, bu il 8 noyabr – Zəfər Günü bazar gününə təsadüf edir. Noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur.
Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəlik istirahət günləri ilə üst-üstə düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bu səbəbdən noyabrın 8-nə düşən istirahət gününün noyabrın 10-da verilməsi nəzərdə tutulur.

Beləliklə, 7, 8, 9 və 10 noyabr tarixlərində ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin