Leqal xəbər məlumat verir ki, Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba epidemiyası nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.
Məlumata görə, may ayının əvvəlindən etibarən bölgədə 3 mindən çox yoluxma halı qeydə alınıb. Epidemiya Borno ştatının 36 rayonuna yayılıb və vəziyyət ictimai səhiyyə baxımından fövqəladə hal kimi qiymətləndirilir.
Bildirilir ki, yoluxmaların yarıdan çoxu ştatın paytaxtı Mayduquri şəhərində qeydə alınıb. Yerli səhiyyə qurumları xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün gücləndirilmiş tədbirlər həyata keçirir.