Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Saray qəsəbəsində baş verib. PAZ markalı avtobusla “Khazar” markalı avtomobilin toqquşması nəticəsində avtomobildə sərnişin olan 2005-ci il təvəllüdlü Cavidan Mirzəyev aldığı xəsarətlərdən ölüb.
Məlumata görə, Türkiyənin Alanya Universitetində təhsil alan C.Mirzəyev hadisə zamanı dostu Yaqub Məmmədovla birlikdə olub. C.Mirzəyev spirtli içki qəbul etdiyindən avtomobili Y.Məmmədov idarə edib. Bildirilir ki, Y.Məmmədov daha əvvəl yol hərəkəti qaydalarını bir neçə dəfə kobud şəkildə pozduğuna görə sürücülük hüququndan məhrum edilib. Onlar hadisə zamanı Bakıdakı gecə klublarından birindən qayıdırmışlar.![]()