Yeni xəbərlər burada görünəcək.

Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə

7 baxış 3 dəq

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili sentyabrın 4-də Ermənistanda keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməni əsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, "İncil"dən istifadəyə imkan verilməməsi və "Quran" oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir".

Bu barədə ombudsman Səbinə Əliyeva Ermənistan hüquq müdafiəçisinin səsləndirdiyi iddialara cavab olaraq bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin