Yeni xəbərlər burada görünəcək.

Ordunun Təlim və Tədris Mərkəzində 200 min manatdan çox yeyinti aşkarlanıb

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib. Leqal Xəbər, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla

8 baxış 3 dəq

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib.

Leqal Xəbər məlumat verir ki, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar.

Cinayət işi üzrə dövlətə dəymiş ziyan 200 min manatdan çoxdur.

Təqsirləndirilən şəxslərdən Rəşad Məlikzadə bundan 2 il əvvəl 9 milyonluq mənimsəmədə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. İndi isə onunla bağlı başqa epizodlar ortaya çıxıb.

Digər 6 nəfərdən isə yalnız İbadulla Əliyev həbsdədir. Digərləri barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Yekunda təqsirli bilinsələr və dövlətə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən şəxsləri 10 ilə qədər həbs gözləyir.

Xəbəri paylaş Dostlarınıza göndərin