Legal Xəbər məlumat verir ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən otellərdən birində quldurluq hadisəsi qeydə alınıb.
Belə ki, naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək ona məxsus, dəyəri 4700 manat olan mobil telefonu ələ keçirib.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir, hadisənin bütün təfərrüatları araşdırılır.