Yeni xəbərlər burada görünəcək.

Oğul atasını döydü – Həbs edildi

Leqal xəbər bildirirki, Göygöldə 2005-ci il təvəllüdlü T.Əliyev gecə saatlarında səs-küy salaraq atasını döydüyünə görə saxlanılıb. Məlumata görə, gənc həmin gecə tanışı olan bir xanımla kafedə məclisdə iştirak edib və daha sonra sərxoş halda qızla birlikdə yaşadığı evə gəlib. O, atasına qızın

12 baxış 3 dəq

Leqal xəbər bildirirki, Göygöldə 2005-ci il təvəllüdlü T.Əliyev gecə saatlarında səs-küy salaraq atasını döydüyünə görə saxlanılıb. Məlumata görə, gənc həmin gecə tanışı olan bir xanımla kafedə məclisdə iştirak edib və daha sonra sərxoş halda qızla birlikdə yaşadığı evə gəlib. O, atasına qızın gecəni onların evində qalacağını bildirib. Bu zaman ata buna etiraz edib və aralarında münaqişə yaranıb. Mübahisə zamanı həm ata, həm də oğul xəsarət alıb. Hadisə ilə bağlı protokol Göygöl Rayon Məhkəməsində araşdırılıb və 21 yaşlı gənc barəsində 10 sutka inzibati həbs qərarı verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin