Yeni xəbərlər burada görünəcək.

Özbəkistan vətəndaşı hotel otağında ölü tapıldı

Naftalan şəhərində müalicə məqsədilə Azərbaycana gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb. Leqal Xəbər xəbər verir ki, hadisə şəhərdə yerləşən “Garabagh Resort & SPA” hotelində baş verib. Məlumata görə, 1957-ci il təvəllüdlü Cahangir Zufarov müalicə məqsədilə Naftalana gəlib və

12 baxış 3 dəq

Naftalan şəhərində müalicə məqsədilə Azərbaycana gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb.

Leqal Xəbər xəbər verir ki, hadisə şəhərdə yerləşən “Garabagh Resort & SPA” hotelində baş verib.

Məlumata görə, 1957-ci il təvəllüdlü Cahangir Zufarov müalicə məqsədilə Naftalana gəlib və hotelə yerləşdikdən sonra şəhərdəki sanatoriyalardan birində müalicə prosedurları alıb.

O, növbəti prosedurdan sonra hotelə qayıdıb. Bir müddət sonra isə onun otağında meyiti aşkarlanıb.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılıb. İlkin məlumata əsasən, meyit üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Özbəkistan vətəndaşının ilkin ehtimala görə, ürək tutması nəticəsində həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır və ölümün dəqiq səbəbi müvafiq ekspertizanın nəticələrindən sonra müəyyənləşdiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin