Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etməyəcəyini açıqlayıb.
Məlumata görə, Paşinyan qərarını seçki kampaniyası ilə əlaqələndirib. O bildirib ki, bu barədə daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı məlumat verib.
Ermənistan hökumət başçısı qeyd edib ki, Moskvaya səfər edə bilməyəcəyi barədə Rusiya tərəfini öncədən xəbərdar edib.