Yeni xəbərlər burada görünəcək.

Paşinyan Putinlə münasibətləri bərpa etməyə çalışır

Leqal xəbər məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Bildirilib ki, qarşıdan gələn görüş zamanı tərəflər Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.

14 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.
Bildirilib ki, qarşıdan gələn görüş zamanı tərəflər Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Danışıqlarda həmçinin Avrasiya məkanında inteqrasiya prosesləri, eləcə də regional gündəlikdə duran aktual məsələlər diqqət mərkəzində olacaq.
Qeyd olunub ki, görüş çərçivəsində xüsusilə Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin