İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

PAŞİNYAN SÜLHƏ DAİR HƏDƏFLƏRİNİ AÇIQLADI

LEQAL XƏBƏR erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanmasını və ratifikasiyasını Ermənistan hökumətinin əsas hədəflərindən biri kimi açıqlayıb. Paşinyan bu barədə hökumətin iclasında danışıb. O bildirib ki,

9 baxış 3 dəq
PAŞİNYAN SÜLHƏ DAİR HƏDƏFLƏRİNİ AÇIQLADI

LEQAL XƏBƏR erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanmasını və ratifikasiyasını Ermənistan hökumətinin əsas hədəflərindən biri kimi açıqlayıb.

Paşinyan bu barədə hökumətin iclasında danışıb. O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması həm hökumət, həm də şəxsən onun üçün ən vacib məsələlərdən biridir.

Baş nazir özünə konkret vaxt çərçivəsi müəyyənləşdirdiyini və 2031-ci ilə qədər məsələnin həllinə nail olmağı qarşısına məqsəd qoyduğunu söyləyib.

Paşinyan əlavə edib ki, bu mövzunu gündəmə gətirməsinin səbəbi belə bir imkanın mövcudluğunu görməsidir.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh nizamlanması və nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı birgə bəyannamə imzalayıblar. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması da nəzərdə tutulur. Layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin