Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının onu qarşıdan gələn parlament seçkilərində baş nazir vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Məlumata görə, bu qərar partiyadaxili seçkilərin ikinci turundan sonra qəbul olunub.
Paşinyan öz “Telegram” kanalında paylaşım edərək bildirib ki, partiyanın seçki siyahısına rəhbərlik etmək və baş nazir vəzifəsinə namizəd olmaq onun üçün böyük şərəfdir.
O, göstərilən etimada görə partiya üzvlərinə təşəkkür edib.
