Yeni xəbərlər burada görünəcək.

Paşinyandan sərt qərar

Leqal xəbər bildirirki, Ermənistanın baş naziri Nikol Paşinyan göstərişi ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib. Məlumata görə, buna səbəb direktorun ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı ona Qarabağın tarixinə dair kitab hədiyyə

7 baxış 3 dəq

Leqal xəbər bildirirki, Ermənistanın baş naziri Nikol Paşinyan göstərişi ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad edilib. Məlumata görə, buna səbəb direktorun ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı ona Qarabağın tarixinə dair kitab hədiyyə etməsi olub. Paşinyan bu addımı Ermənistanın xarici siyasət xəttinə zidd davranış kimi qiymətləndirib. Baş nazir bildirib ki, hökumət Qarabağ məsələsi ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyi halda, xarici qonağa bu mövzuda kitab təqdim olunması yolverilməzdir. O, bu cür addımların dövlətin rəsmi siyasəti ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Paşinyan eyni zamanda liturgiya zamanı “Artsax” ifadəsini işlədən ruhaniləri də tənqid edib. Onun sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir şəraitdə bu kimi ifadələr dövlət mövqeyinə uyğun gəlmir. Baş nazir əlavə edib ki, Ermənistanın xarici siyasətini yalnız hökumət müəyyən edir və bu xəttə zidd hərəkət edən dövlət qulluqçuları vəzifədən uzaqlaşdırılacaq.


Xəbəri paylaş Dostlarınıza göndərin