Yeni xəbərlər burada görünəcək.

PAKİSTAN İRANA “SON ŞANS” XƏBƏRDARLIĞI ETDİ

Leqal xəbər məlumat verir ki, ABŞ və İran arasında aparılan danışıqlarda gərginliyin artdığı bildirilir. Məlumata görə, tərəflər bir-birinə təqdim etdikləri təklifləri qəbuledilməz hesab edir və diplomatik proses dalana dirənib. ABŞ prezidenti Donald Tramp atəşkəs və razılaşma ehtimalının çox zəif

13 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, ABŞ və İran arasında aparılan danışıqlarda gərginliyin artdığı bildirilir. Məlumata görə, tərəflər bir-birinə təqdim etdikləri təklifləri qəbuledilməz hesab edir və diplomatik proses dalana dirənib.
ABŞ prezidenti Donald Tramp atəşkəs və razılaşma ehtimalının çox zəif olduğunu açıqlayıb. İran tərəfi isə istənilən ssenariyə hazır olduqlarını bəyan edib.
Xəbərlərə əsasən, Pakistan bu prosesdə vasitəçi kimi çıxış edir. Bildirilir ki, İslamabad hökuməti Tehranla əlaqə saxlayaraq mövcud vəziyyətin “son şans” olduğunu çatdırıb. Təkliflərin və mesajların tərəflərə Pakistan vasitəsilə ötürüldüyü qeyd olunur.
Ekspertlər hesab edirlər ki, regionda artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik və siyasi sabitliyə ciddi təsir göstərə bilər. Hazırda tərəflərin yaxın günlərdə yeni qərarlar verəcəyi gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin