Yeni xəbərlər burada görünəcək.

Paltaryuyan partladı ev alışıb yandı

Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub. Leqal Xəbər APA TV-yə istinadən xəbər verir ki, hadisəyə paltaryuyan maşının partlaması səbəb olub. Yanğın Yeni Zığ yaşayış kompleksində yerləşən 11 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib.

9 baxış 3 dəq

Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub.

Leqal Xəbər APA TV-yə istinadən xəbər verir ki, hadisəyə paltaryuyan maşının partlaması səbəb olub.

Yanğın Yeni Zığ yaşayış kompleksində yerləşən 11 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib.

Mənzil sahibi Azad Əhmədov hadisə zamanı işdə olduğunu bildirib: 

"Mən işdə idim, anam evdə olub. Zəng edib dedi ki, ev alışıb yanıb. Gəlib gördüm ki, paltaryuyan maşın partlayıb və yanğın baş verib".

Onun sözlərinə görə, qonşular da hadisəyə müdaxilə edərək yanğının söndürülməsinə kömək ediblər.

Xəbəri paylaş Dostlarınıza göndərin