Parisdə bu dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyalarına qoşulublar. Böyük qrup etirazçı Yelisey sarayının yaxınlığındakı Daxili İşlər Nazirliyinin binası qarşısında nümayişə çıxıblar.
Leqal Xəbər məlumat verir ki, Fransa mediasında bildirilib ki, 500-ə qədər polis əməkdaşı Rond-Puen-de-Şam-Elize meydanına toplaşıb, daha sonra isə nazirliyin binasına tərəf gediblər. Onlar da kütləvi etiraz tələblərində olduğu kimi ödənişlərin artırılmasını istəyirlər.
Nümayişə polisin iğtişaşlarla mübarizə üzrə xüsusi təyinatlı bölməsinin (CRS) əməkdaşları, cinayət istintaqı şöbəsinin, kəşfiyyat xidmətlərinin, məhkəmə-tibbi ekspertizalarının nümayəndələri çıxıblar.