Yeni xəbərlər burada görünəcək.

PARİSDƏ UŞAQLARI ƏLLƏRİNDƏN ALINAN AİLƏ ÖVLADLARINA QOVUŞDU

Leqal xəbər məlumat verir ki, 9 ay əvvəl Fransada uşaqları əllərindən alınan azərbaycanlı ailə övladlarına yenidən qovuşub. Məhəmməd Quliyev və Gültac Abdullayeva Almaniya məhkəməsinin qərarından sonra iki övladını geri aldıqlarını açıqlayıblar. Valideynlərin sözlərinə görə, onlar bu müddət ərzində

6 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, 9 ay əvvəl Fransada uşaqları əllərindən alınan azərbaycanlı ailə övladlarına yenidən qovuşub. Məhəmməd Quliyev və Gültac Abdullayeva Almaniya məhkəməsinin qərarından sonra iki övladını geri aldıqlarını açıqlayıblar.
Valideynlərin sözlərinə görə, onlar bu müddət ərzində çox ağır günlər yaşayıblar. Ailə bildirib ki, uzun müddət Almaniyada məhkəmə prosesləri, stress və qeyri-müəyyənliklə üzləşiblər.
Hadisə ötən il Paris hava limanında baş vermişdi. Ailə Azərbaycana qayıtmaq istəyərkən Fransa polisi tərəfindən saxlanılmış, uşaqlar isə müvəqqəti sığınacağa yerləşdirilmişdi. Bu addım Almaniya məhkəməsinin qəyyumluqla bağlı qərarı ilə əlaqələndirilmişdi.
Valideynlər bildiriblər ki, məhkəmə araşdırmaları zamanı uşaqlara qarşı zorakılıq iddiaları təsdiqini tapmayıb və nəticədə övladları ailəyə qaytarılıb. Gültac Abdullayeva onlara dəstək göstərən şəxslərə və prosesdə yardım edən hüquqşünaslara təşəkkür edib.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi də prosesə cəlb olunmuşdu.
Xəbəri paylaş Dostlarınıza göndərin