Yeni xəbərlər burada görünəcək.

PAYTAXTDA 177 ESKALATOR YENİLƏNƏCƏK

Bakıda yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş 177 eskalator yenilənəcək. *LEQAL XƏBƏR* verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçiriləcək layihə çərçivəsində Finlandiyanın məşhur *"KONE"* şirkətinin istehsalı olan müasir və müxtəlif

6 baxış 3 dəq
Bakıda yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş 177 eskalator yenilənəcək.
*LEQAL XƏBƏR* verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçiriləcək layihə çərçivəsində Finlandiyanın məşhur *"KONE"* şirkətinin istehsalı olan müasir və müxtəlif hava şəraitinə davamlı eskalatorlar quraşdırılacaq.
Yeni avadanlıqların istehsalına artıq başlanılıb. Onların bu ilin oktyabr-noyabr aylarında Bakıya gətirilərək mərhələli şəkildə quraşdırılması planlaşdırılır.
Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı piyada keçidində ümumilikdə *177 eskalator və 2 travelator* yenilənəcək.
Hazırda AAYDA-nın balansında olan bu mexanizmlər yeniləndikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediləcək.
Xəbəri paylaş Dostlarınıza göndərin