Yeni xəbərlər burada görünəcək.

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda təyin edilmiş aylıq pensiyaların orta məbləği artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq pensiyanın məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb. Bildirilib ki, orta aylıq pensiyanın məbləği

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda təyin edilmiş aylıq pensiyaların orta məbləği artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq pensiyanın məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb.

Bildirilib ki, orta aylıq pensiyanın məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.

Eyni zamanda, ölkədə pensiyaçıların ümumi sayında azalma qeydə alınıb. 2025-ci il iyulun 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda olduğu halda, 2026-cı il iyulun 1-də bu göstərici təxminən 1,1 milyon nəfər olub.

Hazırda pensiyaçılar ölkə əhalisinin 10,7 faizini təşkil edir.

Xəbəri paylaş Dostlarınıza göndərin