Yeni xəbərlər burada görünəcək.

Pezeşkian Naxçıvan hücumunu etiraf etdi

Leqal xəbər bildirirki, İran Prezidenti Məsud Pezeşkian Naxçıvana edilən dron hücumu ilə bağlı məsuliyyəti etiraf edib. Bu barədə o, televiziya müraciəti zamanı açıqlama verib. Onun sözlərinə görə, İranda Ali Lider və yüksək rütbəli hərbi komandirlərin öldürülməsindən sonra ölkənin Silahlı

13 baxış 3 dəq

Leqal xəbər bildirirki,
İran Prezidenti Məsud Pezeşkian Naxçıvana edilən dron hücumu ilə bağlı məsuliyyəti etiraf edib. Bu barədə o, televiziya müraciəti zamanı açıqlama verib. Onun sözlərinə görə, İranda Ali Lider və yüksək rütbəli hərbi komandirlərin öldürülməsindən sonra ölkənin Silahlı Qüvvələri bəzi hallarda nəzarətsiz şəkildə qonşu ölkələrin ərazilərinə atəş açıb. Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İran Silahlı Qüvvələrinə bundan sonra İrana hücum etməyən ölkələrə qarşı hər hansı zərbənin endirilməməsi barədə göstəriş verilib. O əlavə edib ki, yalnız hücuma məruz qalan tərəflərə qarşı cavab tədbirləri görüləcək. İran prezidenti həmçinin hücumdan zərər çəkmiş qonşu ölkələrdən üzr istədiyini qeyd edib. Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı ilə hücuma məruz qalmışdı.



Xəbəri paylaş Dostlarınıza göndərin