İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyat çərçivəsində əsas hədəflərin məlum olduğu bildirilir. Məlumata görə, hücumların hədəfində İranın Ali Rəhbəri Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian olub. İsrail mənbələri əməliyyatın nəticələrinin hələlik tam dəqiqləşmədiyini açıqlayıb. “Mehr” agentliyi isə öz mənbələrinə istinadən Məsud Pezeşkianın zərbələr nəticəsində xəsarət almadığını bildirib. Eyni zamanda, Əli Xameneinin hücumdan dərhal sonra Tehrandan çıxarılaraq təhlükəsiz yerə aparıldığı iddia olunur. “The New York Times” nəşri isə qeyd edir ki, sözügedən hücum ABŞ-nin 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən daha genişmiqyaslıdır.
Pezeşkian və Xamenei hədəfdə
İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyat çərçivəsində əsas hədəflərin məlum olduğu bildirilir. Məlumata görə, hücumların hədəfində İranın Ali Rəhbəri Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian olub. İsrail mənbələri əməliyyatın nəticələrinin hələlik tam dəqiqləşmədiyini
8 baxış
3 dəq
