Yeni xəbərlər burada görünəcək.

Pezəşkianın oğlu ilə bağlı iddia yayılıb

Leqal xəbər məlumat verir ki, Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkian-ın oğlu Yusif Pezeşkianın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən həbs edildiyi barədə iddialar yayılıb. Məlumatın bir hissəsində onun guya “X” platformasında “dövlətin zərərinə olsa da, olanları xalqa

7 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkian-ın oğlu Yusif Pezeşkianın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən həbs edildiyi barədə iddialar yayılıb.

Məlumatın bir hissəsində onun guya “X” platformasında “dövlətin zərərinə olsa da, olanları xalqa olduğu kimi deyin” məzmunlu paylaşım etdiyi də iddia olunur.

Lakin bu məlumatlar hazırda rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Nə İran hökuməti, nə də Sepah tərəfindən məsələ ilə bağlı açıq və rəsmi açıqlama verilməyib.

Ona görə də yayılan xəbərlər qeyri-rəsmi mənbələrə əsaslandığı üçün ehtiyatla qarşılanmalıdır və təsdiqlənmiş informasiya kimi qəbul edilə bilməz.

Xəbəri paylaş Dostlarınıza göndərin