18 yaşlı Aqşinin acı həyat hekayəsindən vərəqlər
Bir qədər danışığına ara verir, gözünü bir nöqtəyə zilləyib, 2-3 dəqiqədən sonra davam edir: "Hamı kimi mənim də arzularım vardı. Polis olmaq istəyirdim... Asayişi və insanların təhlükəsizliyini qorumaq şərəfli və məsuliyyətli bir işdir. Amma həmin o paslı qumbara bu arzumu ürəyimdə qoydu, indi əliləm, mənə anam qulluq edir, mən isə onlara qulluq edə bilmədim..."![]()
Ailə ilə görüşüb ayrılanda Aqşinın son sözü gənclərə diqqətli və məsuliyyətli olmaq mesajı oldu: "Mən bir gənc kimi diqqətsizliyin və məsuliyyətsizliyin qurbanı oldum. Bir anlıq ehtiyyatsızlığın necə böyük faciəyə çevrildiyini gördüm. Mənim bu acı həyat hekayəm gənclərimiz üçün bir mesaj, çağırış olmalıdır. Ani bir diqqətsizlikdən doğan hadisə bütün həyatınızı məhv edə bilər. Siz bu ağrını yaşamayın. Həyatınızı, gələcəyinizi, sevdiklərinizi qoruyun. Tanımadığınız şübhəli əşyalara yaxınlaşmayın, onlara toxunmayın və başqalarını da uzaqlaşdırın. Unutmayın, cəsarət təhlükəni düşünmədən getmək deyil, təhlükəni görüb düzgün qərar verməkdir. Mənim səsim sizə çatsın: bir addım atmadan əvvəl düşünün. Çünki sizin həyatınız çox qiymətlidir..."
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayələri" layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.![]()