Yeni xəbərlər burada görünəcək.

Prezident Almaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Leqal Xəbər məlumat verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını

5 baxış 3 dəq

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Leqal Xəbər məlumat verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş edib.

Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.

Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin