Yeni xəbərlər burada görünəcək.

PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİNİ QƏBUL EDİB

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib. LEQAL XƏBƏR verir ki, görüş zamanı Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarını da Rəcəb Tayyib

7 baxış 3 dəq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.
LEQAL XƏBƏR verir ki, görüş zamanı Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarını da Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qardaşlığa söykənən münasibətlərin iki ölkə liderləri arasında mövcud olan səmimi əlaqələr sayəsində daha da möhkəmləndiyi vurğulanıb.
Akın Gürlek Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artmasını və Qarabağ Zəfərini yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın enerji, nəqliyyat bağlantıları və Zəngəzur dəhlizi kimi strateji layihələrdə mühüm rol oynadığını bildirərək, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını qeyd edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Eyni zamanda, hər iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş Dostlarınıza göndərin