Yeni xəbərlər burada görünəcək.

Prezident seçkinin ləğv olunduğunu elan etdi

Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə ölkədə seçkilərin keçirilməyəcəyini bəyan edib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 1979-cu ildə Somoza sülaləsinin uzunmüddətli diktaturasına son qoyan

4 baxış 3 dəq

Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə ölkədə seçkilərin keçirilməyəcəyini bəyan edib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

1979-cu ildə Somoza sülaləsinin uzunmüddətli diktaturasına son qoyan Sandinist İnqilabının 47-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Orteqa bildirib ki, müxalifət partiyalarının hakimiyyəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün ölkədə heç bir seçki keçirilməyəcək.

2007-ci ildən prezident postunu tutan Daniel Orteqa qeyd edib ki, Milli Assambleya və digər dövlət institutları ilə birlikdə yeni qanunlar hazırlanacaq.

"Bizə ölkəsinə xəyanət edən sui-qəsdçilərə və xainlərə qarşı divar, sədd yaradacaq qanunlar lazımdır", – deyə o vurğulayıb.

Qeyd edək ki, Nikaraquada növbəti prezident seçkisinin gələn il keçirilməsi planlaşdırılırdı. Lakin Daniel Orteqa seçkilərin tamamilə ləğv ediləcəyini, yoxsa yalnız müxalif siyasi qüvvələrin iştirakına məhdudiyyət qoyulacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, oxşar vəziyyət 2021-ci il prezident seçkiləri ərəfəsində də yaşanmışdı. Həmin dövrdə hakimiyyət rəqib siyasi partiyaların fəaliyyətini qadağan etmiş, müxalif düşərgədən olan bütün prezidentliyə namizədlər isə həbs olunmuşdu.

Xəbəri paylaş Dostlarınıza göndərin