Legal xəbər məlumat verir ki, Prezident İlham Əliyev 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı dünyanın hələ uzun müddət ənənəvi enerji resurslarına ehtiyac duyacağını bildirib.
Dövlət başçısı vurğulayıb ki, bərpaolunan enerji mənbələrinin inkişafına baxmayaraq, hazırkı mərhələdə qlobal enerji təhlükəsizliyinin təmin olunmasında neft və təbii qaz mühüm rol oynamaqda davam edir. Onun sözlərinə görə, dünya iqtisadiyyatının sabit fəaliyyəti üçün enerji mənbələri arasında balansın qorunması vacibdir.
Prezident həmçinin qeyd edib ki, bütün ölkələr daha təmiz ətraf mühit və daha əlverişli iqlim şəraitində yaşamaq istəyir. Bununla yanaşı, enerji keçidi prosesinin real ehtiyaclar və mövcud tələbat nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.