Yeni xəbərlər burada görünəcək.

Problemli kreditlər artıb

Leqal xəbər bildirirki, Azərbaycanda kredit portfeli və problemli kreditlərin həcmi artmaqda davam edir. Rəsmi məlumatlara görə, 2026-cı il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 31 milyard 863,7 milyon manata

19 baxış 3 dəq

Leqal xəbər bildirirki, Azərbaycanda kredit portfeli və problemli kreditlərin həcmi artmaqda davam edir. Rəsmi məlumatlara görə, 2026-cı il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 31 milyard 863,7 milyon manata çatıb. Ümumi kredit portfelinin 26 milyard 171,6 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşür. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Eyni zamanda, ödəniş vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,3 faiz artaraq 557,5 milyon manat olub. Bu isə ümumi kredit portfelinin 1,7 faizini təşkil edir.

Xəbəri paylaş Dostlarınıza göndərin