Yeni xəbərlər burada görünəcək.

Prokuror 4 milyon manata yaxın dələduzluq edənlərə ağır cəza istəyir

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin əmlak agentliyi"nin direktoru Oqtay Zərbəliyev və həmin qurumun satış menecerləri - Orxan Əliyev, Ramin Nağdəliyev, Natiq Şahmuradov, Qalib Bayramov, Bəxtiyar Məhərrəmov, Ədib Kazimov, Valeh Rustəmov və İlqar Məmmədovun cinayət

9 baxış 3 dəq

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin əmlak agentliyi"nin direktoru Oqtay Zərbəliyev və həmin qurumun satış menecerləri - Orxan Əliyev, Ramin Nağdəliyev, Natiq Şahmuradov, Qalib Bayramov, Bəxtiyar Məhərrəmov, Ədib Kazimov, Valeh Rustəmov və İlqar Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Leqal Xəbər Oxu.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənlərdən Oktay Zərbəliyevin 9 il 6 ay, Orxan Əliyevin 9 il, Ramin Nağdəliyevin 9 il 6 ay, Natiq Şahmuradovun 8 il, Qalib Bayramovun 7 il, Bəxtiyar Məhərrəmovun 7 il, Ədib Kazımovun 9 il 6 ay, Valeh Rustəmov və İlqar Məmmədovun isə hər birinin 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Xəbəri paylaş Dostlarınıza göndərin