Yeni xəbərlər burada görünəcək.

PUL GERİ QAYTARILMAYA BİLƏR

Legal Xəbər məlumat verir ki, Ali Məhkəmə vətəndaşlara qanunsuz məqsədlə verilən pul və ya əmlakla bağlı xəbərdarlıq edib. Məhkəmənin açıqlamasında bildirilib ki, bəzi hallarda şəxslər qanunsuz nəticə əldə etmək məqsədilə başqalarına pul və ya əmlak verirlər. Lakin vəd yerinə yetirilmədikdə həmin

5 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Ali Məhkəmə vətəndaşlara qanunsuz məqsədlə verilən pul və ya əmlakla bağlı xəbərdarlıq edib.
Məhkəmənin açıqlamasında bildirilib ki, bəzi hallarda şəxslər qanunsuz nəticə əldə etmək məqsədilə başqalarına pul və ya əmlak verirlər. Lakin vəd yerinə yetirilmədikdə həmin vəsaitin məhkəmə qaydasında geri alınması əksər hallarda mümkün olmur.
Qeyd olunub ki, hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət hüquqi müdafiəyə layiq hesab edilmir. Bu səbəbdən məhkəmələr ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar.
Ali Məhkəmə vurğulayıb ki, tərəflərin qanunazidd nəticə əldə etmək niyyəti müəyyən olunarsa, iddia təmin edilmir. Bundan başqa, belə hallarda şəxslər yalnız maddi zərərlə deyil, əlavə hüquqi məsuliyyətlə də üzləşə bilərlər.
Rəsmi açıqlamada vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni əsaslarla qurmaq və qanunsuz sövdələşmələrdən çəkinmək tövsiyə olunub.
Xəbəri paylaş Dostlarınıza göndərin