Yeni xəbərlər burada görünəcək.

Pul köçürmələri ilə bağlı YENİ QAYDA

Sabahdan etibarən fiziki şəxslərin elektron pul köçürmələri ilə bağlı yeni monitorinq qaydası tətbiq ediləcək. Yeni qaydaya əsasən, müştərinin il ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 20 000 manatı keçdikdən sonra, həmin il ərzində onun həyata keçirəcəyi hər bir növbəti

12 baxış 3 dəq

Sabahdan etibarən fiziki şəxslərin elektron pul köçürmələri ilə bağlı yeni monitorinq qaydası tətbiq ediləcək.

Yeni qaydaya əsasən, müştərinin il ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 20 000 manatı keçdikdən sonra, həmin il ərzində onun həyata keçirəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatı barədə məlumat və müvafiq sənədlər banklar və digər maliyyə institutları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim ediləcək.

Qaydanın əsas məqsədi maliyyə əməliyyatlarının monitorinqinin gücləndirilməsi və maliyyə vəsaitlərinin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır.

Qeyd edək ki, sözügedən tələb pul köçürmələrinin qadağan edilməsi anlamına gəlmir. Müəyyən edilmiş həddə çatan əməliyyatlar barədə məlumatların müvafiq qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsini nəzərdə tutur.

Xəbəri paylaş Dostlarınıza göndərin