Yeni xəbərlər burada görünəcək.

PUL ÜÇÜN YAŞLI KİŞİLƏRLƏ EVLƏNİB BİR-BİR ÖLDÜRÜRMÜŞ

LEQAL XƏBƏR məlumat verir ki, İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kölsüm Əkbərinin illər ərzində maddi maraq qarşılığında yaşlı kişilərlə evləndiyi və daha sonra onları öldürdüyü müəyyən edilib. Məhkəmə araşdırması zamanı qadının ən azı 10 kişinin ölümündə məsuliyyət daşıdığı üzə çıxıb.

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kölsüm Əkbərinin illər ərzində maddi maraq qarşılığında yaşlı kişilərlə evləndiyi və daha sonra onları öldürdüyü müəyyən edilib.

Məhkəmə araşdırması zamanı qadının ən azı 10 kişinin ölümündə məsuliyyət daşıdığı üzə çıxıb. Əkbərinin öz ifadəsinə görə isə qurbanların sayı 13 və ya 15 nəfər ola bilər.

Qadının cinayətləri 2023-cü ildə 82 yaşlı həyat yoldaşı Qulamrza Babainin şübhəli ölümü ilə bağlı araşdırmadan sonra ortaya çıxıb.

İstintaq zamanı Əkbərinin əvvəlki həyat yoldaşları və münasibətdə olduğu digər yaşlı kişilərin də şübhəli şəkildə öldüyü müəyyənləşdirilib.

Qurbanların ailələrinin “qisas” tələbindən sonra məhkəmə Əkbəri barəsində 10 ayrı ölüm hökmü çıxarıb.

Xəbəri paylaş Dostlarınıza göndərin