Yeni xəbərlər burada görünəcək.

PUTİN ZELENSKİ İLƏ GÖRÜŞ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ

Leqal xəbər məlumat verir ki, Kreml bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskva xaricində görüşə hazırdır. Lakin Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, belə bir görüş yalnız münaqişənin həllinə və prosesin yekunlaşmasına real töhfə verəcəyi

5 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Kreml bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskva xaricində görüşə hazırdır. Lakin Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, belə bir görüş yalnız münaqişənin həllinə və prosesin yekunlaşmasına real töhfə verəcəyi halda baş tuta bilər.
Peskov qeyd edib ki, görüşdən əvvəl ciddi hazırlıq işləri aparılmalı və tərəflər müəyyən nəticələrə yaxınlaşmalıdır. Onun sözlərinə görə, Putin həm Moskvada, həm də başqa məkanlarda danışıqlara açıqdır, amma görüş sadəcə simvolik deyil, konkret nəticəyə yönəlməlidir.
Mövzu Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.
Xəbəri paylaş Dostlarınıza göndərin