Yeni xəbərlər burada görünəcək.

QADINI 146 DƏFƏ BIÇAQLAYAN ŞƏXS MƏHKƏMƏDƏ DANIŞDI

Leqal xəbər məlumat verir ki, Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb. Prokurorluq 26 yaşlı müttəhimin ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib.

11 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb.

Prokurorluq 26 yaşlı müttəhimin ömürlük həbs cəzasına məhkum olunmasını tələb edib. Təqsirləndirilən şəxs isə məhkəmədə psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyib.

Salican Mehmet ifadəsində daha əvvəl psixoloji problemlərlə bağlı müalicə aldığını və hazırda da dərman qəbul etdiyini bildirib.

Hadisə ötən ilin noyabr ayında Bursanın Yıldırım rayonunda baş verib. İstintaq materiallarına görə, ailə münaqişəsi zamanı o, dini nikahla evli olduğu qadına qayçı ilə hücum edib. Zərbələrin 72-si daxili orqanlara nüfuz edib.

Məlumata görə, cütlüyün 1 və 4 yaşlarında iki qız övladı var. Arzu Xəlilovanın Rusiya, Salican Mehmetin isə Azərbaycan vətəndaşı olduğu bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin