Yeni xəbərlər burada görünəcək.

QADININ ÜZƏRİNƏ BENZİN TÖKÜB YANDIRAN SEVGİLİSİ İLƏ BAĞLI QƏRAR VERİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda qadını yandıraraq ölümünə səbəb olmaqda təqsirləndirilən Röyal Tağıyevin apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməyib və əvvəlki hökm

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda qadını yandıraraq ölümünə səbəb olmaqda təqsirləndirilən Röyal Tağıyevin apellyasiya şikayətinə baxılıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb.
İş materiallarına görə, Röyal Tağıyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə – qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda ittiham olunub. O, məhkəmədə özünü təqsirli bilmədiyini və hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini iddia edib.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, mərhum Türkanə Məmmədova ilə təxminən bir il sevgi münasibətində olub. O bildirib ki, ailəsinin etirazından sonra münasibətləri bitirmək qərarına gəlib və bunu Türkanəyə də deyib.
Röyal Tağıyev hadisə günü son dəfə görüşmək üçün Türkanə Məmmədova ilə bir araya gəldiklərini, qadının avtomobildən düşərək üzərinə benzin tökdüyünü və ona mane olmağa çalışarkən əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib.
Məhkəmə isə təqdim olunan sübutları və iş üzrə materialları araşdıraraq Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmü ilə Röyal Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri paylaş Dostlarınıza göndərin