Yeni xəbərlər burada görünəcək.

QADINLARI TÜRKİYƏYƏ APARARAQ CİNSİ İSTİSMARA MƏRUZ QOYMAQDA TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ ŞƏRTİ CƏZA VERİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə şərti cəza təyin edilib. İttihama görə, o, müxtəlif vaxtlarda bir

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə şərti cəza təyin edilib.

İttihama görə, o, müxtəlif vaxtlarda bir neçə qadını yüksək maaşlı iş və ya ailə qurmaq vədi ilə Türkiyəyə apararaq onların zəif vəziyyətindən istifadə edib və cinsi istismara məruz qoyub. Bildirilir ki, zərərçəkmişlərin pasportları əllərindən alınaraq saxlanılıb və onlar pul müqabilində müxtəlif şəxslərlə görüşməyə məcbur ediliblər.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qadınlardan birini sonradan yaxınlarına məlumat verəcəyi ilə hədələyərək yenidən Türkiyəyə aparıb və həmin şəxs ikinci dəfə də cinsi istismara məruz qalıb.

Mənsimə Cəlilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdü.

Məhkəmə iclasında o, irəli sürülən ittihamları qəbul etməyərək özünü təqsirli bilmədiyini və zərərçəkmiş şəxsləri Türkiyəyə aparmadığını bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin