Yeni xəbərlər burada görünəcək.

Qadına hökm oxundu

Leqal xəbər bildirirki, İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib. Məlumata görə, Nailə Azadova (şərti ad-soyad) 5 nəfər azərbaycanlı qadını cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda təqsirləndirilib. Bildirilir ki, o, müxtəlif vaxtlarda tanış olduğu qadınları

48 baxış 3 dəq

Leqal xəbər bildirirki, İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib. Məlumata görə, Nailə Azadova (şərti ad-soyad) 5 nəfər azərbaycanlı qadını cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda təqsirləndirilib. Bildirilir ki, o, müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin Kuşadası rayonunda iş tapacağı vədi ilə aldadaraq ölkədən çıxarıb. Qadınlar Kuşadasına çatdıqdan sonra isə vəziyyətin fərqli olduğunu anlayıblar. İddialara görə, təqsirləndirilən şəxsin Türkiyədəki tanışları qadınları hədələyərək onları cinsi istismara cəlb ediblər. Təqsirləndirilən qadın məhkəmədə özünü günahkar bilməyib və zərərçəkənlərin həmin fəaliyyətlə öz razılıqları ilə məşğul olduqlarını iddia edib. Lakin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ittihamı təsdiqləyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Azadova insan alverində təqsirli bilinib. Ona şərti cəza verilib və qadın məhkəmə zalından azadlığa buraxılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin