Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın final fitindən sonra isə meydanda gərginlik yaşanıb.
Leqal Xəbər bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.
"Fənərbağça"nın futbolçusu Arçi Braunla "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Hadisəyə müdaxilə edən polis əməkdaşları futbolçuları ayıraraq gərginliyi aradan qaldırıblar.